İlk olaraq sarartma və yetkinləşdirməni tərif etsək:
Sarartma, meyvənin yalnız xarici qabıq rənginin yaxşılaşdırılması; yetkinləşdirmə isə meyvənin istənilən dad, rəng və keyfiyyət səviyyəsinə gətirilməsi prosesidir.
Sarartma və yetkinləşdirmə prosesi istilik və qaz izolyasiyası aparılmış, havalandırma sistemləri olan, temperatur və rütubət tənzimlənməsi edilə bilən xüsusi dizayn edilmiş otaqlarda həyata keçirilir.
Uğurlu bir sarartma və yetkinləşdirmə prosesi üçün tələb olunan şərtlər bunlardır:
- Temperatur: Sarartma üçün 20-28°C, yetkinləşdirmə üçün 14-20°C
- Nisbi rütubət: %85-95
- Etilen qazı: Sarartma üçün 3-10 ppm, yetkinləşdirmə üçün 100-1000 ppm
- Hava hərəkəti: Otaq həcmini 1 saat ərzində 25-30 dəfə dövr edəcək şəkildə
- Vaxt: Sarartma və yetkinləşdirmə müddəti 48-96 saat
Etilen tətbiqi edildikdən sonra 24 saat ərzində otağın qapısı bağlı saxlanılır. Bu müddətin sonunda otaq havalandırılmalıdır. Məhsulların növü və çeşidinə görə 2-4 gün ərzində yetkinləşərək istehlak üçün uyğun hala gəlir və saralır.
Sarartma və yetkinləşdirmə zamanı bananların qabıq səthində baş verən dəyişikliklər aşağıdakı şəkillərdə göstərilmişdir.

Bu mərhələlərə görə bananların bazarlanması üçün ən uyğun mərhələ 4, istehlak üçün isə ən uyğun mərhələ 6-dır.
Yetkinləşdirmə prosesi bazar tələblərinə əsasən qısaldıla və ya uzadıla bilər. Bu halda məhsulun yetkinləşməsində istifadə olunacaq temperatur seçimi çox önəmlidir. Məsələn, 18°C-də 4 gündə qabıq rəngində dəyişiklik baş verir, 14°C-də isə 8 gündə rəng dəyişikliyi və yetkinləşmə tamamlanır.

Sarartma və yetkinləşdirmə otaqlarında temperatur tənzimlənərkən otaq temperaturundan daha çox meyvə ətinin temperaturu nəzərə alınmalıdır. Buna görə temperaturun müəyyən edilməsində ara-sıra meyvə ətinin temperaturu yoxlanmalıdır.
Sarartma otağının izolyasiyası düzgün aparılmışdırsa, banan yetkinləşməsi üçün 24 saat ərzində 100-150 ppm etilen kifayət edir. Homogen bir sarartma və yetkinləşdirmə prosesinin baş verməsi üçün 24 saatdan sonra otağın havalandırılması vacibdir. Havalandırma edilməzsə, məhsulların nəfəs alması nəticəsində yaranan CO2 səviyyəsi artır və bu, yetkinləşdirmə təsirini azaldaraq homogen bir prosesin baş verməsinə mane olur. Bu səbəbdən ortamda CO2 konsentrasiyasının %1-dən yüksək olmasının qarşısı alınmalıdır.
Frigo Mekanik, meyvələrin sarartılması və yetkinləşdirilməsində ən uyğun maliyyətli və yüksək keyfiyyətli həlləri təmin edən avadanlıqlarla layihələndirmə, tətbiq və texniki xidmət sahələrində xidmət göstərir.r.
Banan Sarartma Otağında Edilən Tətbiqlər
Həssas temperatur və rütubət nəzarəti təmin edən avadanlıqlarHava keçirməz avtomatik bölməli qapılarEtilen inyeksiya sistemiSarartma prosesi boyunca kompüterlə izləmə və qeyd sistemiMəhsulun rütubət itkisini minimuma endirmək üçün xüsusi dizayn edilmiş soyuducular və soyutma sistemiBirqatlı, ikiqatlı və üçqatlı yükləmə sistemləri
Banan Sarartma və Yetkinləşdirmə Otağı Nəzarət Sistemi:
Banan sarartma otaqlarında istifadə edilən mikroprosessor nəzarət sistemi, istilik və soyutmanı üç fərqli bölgədə idarə edə bilir.
Sisteme əlavə olunan sensorlar vasitəsilə rütubət, təzyiq, etilen miqdarı və havalandırma nəzarəti edilə bilər.
Nəzarət sistemi kompüter üzərindən Azərbaycan dil seçimi ilə çox asan idarə olunur. Bundan əlavə, modem vasitəsilə uzaqdan idarə də mümkündür.
Nəzarət sistemi bağlı olduğu kompüter vasitəsilə məlumatları qeyd edir və qrafiklər yarada bilir. 20 fərqli proqramla 9 günə qədər temperatur proqramı daxil edilə bilər.